Ana səhifə Layihələrimiz Şirvan Yaşayış Kompleksi Şirvan şəhəri

Şirvan Yaşayış Kompleksi Şirvan şəhəri

Şirvan Yaşayış Kompleksi Şirvan şəhəri
Şirvan Yaşayış Kompleksi Şirvan şəhəri
Şirvan Yaşayış Kompleksi Şirvan şəhəri
Şirvan Yaşayış Kompleksi Şirvan şəhəri

Mənzil İnşaatı Dövlət Agentliyinin regionda növbəti layihəsi-Şirvan Yaşayış Kompleksi Şirvan şəhəri, Naxçıvan küçəsində yerləşir. Yaşayış kompleksinin ümumi sahəsi 8,11 hektar təşkil edir.

Yaşayış kompleksi 14 doqquzmərtəbəli və 11 onikimərtəbəli olmaqla 25 binadan ibarət olacaq.

Bu binalarda ümumilikdə 1 264 mənzil olacaq ki, onlardan 32-nin studio tipli, 216-nın ikiotaqlı, 768-nin üçotaqlı, 248-nin dördotaqlı olması nəzərdə tutulur. Studio tipli mənzillərin sahəsi təqribən 40,10 m2, ikiotaqlı mənzillərin sahəsi təqribən 57,68 - 57,70 m2, üçotaqlı mənzillərin sahəsi təqribən 72,82 - 76,71 m2, dördotaqlı mənzillərin sahəsi təqribən 98,70 - 114,61 m2 təşkil edəcək.

Bütün mənzillər tam təmirli və mətbəx mebeli ilə təchiz olunmuş vəziyyətdə vətəndaşlara təklif olunacaq. Yaşayış binaları ilə yanaşı ərazidə sosial-məişət obyektlərinin, uşaq oyun meydançalarının, 80 yerlik 1 uşaq bağçasının və 960 şagird yerlik ümumtəhsil məktəbinin istifadəyə verilməsi nəzərdə tutulmuşdur.

Paylaş:

Digər layihələr