Şirkət standartları

Şirkətin əsas standarları

Təhlükəsizlik: İşçilərin işgüzar təhlükəsizliyi şirkət üçün böyük əhəmiyyət kəsb edir. Bu məqsədlə, SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi) şöbəsi layihələrin bütün qaydalara və standartlara uyğunluğunu mütəmadi olaraq monitorinq edir və sənədləşdirir.

Sağlamlıq:  Şirkət, işçilərin fiziki, zehni və sosial şəraitinin davamlı olaraq optimallaşdırılmasına çalışır. Bu siyasət, bütün işçilər üçün iş-həyat balansının qorunmasını təmin etməyi hədəfləyir.

İnsan Hüquqları və Bərabərlik: AZƏRBAYCAN İNŞAAT HOLDİNQ, insan hüquqları və bərabərlik kimi fundamental sosial prinsiplərin qorunmasını mənəvi bir öhdəlik olaraq qəbul edir və bərabər şərtlər çərçivəsində işləməyi prioritet hesab edir.

Ətraf Mühitin Qorunması: Şirkət, ətraf mühit və təbiətin qorunmasına dair hüquqi və ümumi qaydalara ciddi riayət edir. Tikinti sahələrində ekosistemin, bioloji müxtəlifliyin və təbiətin qorunması əsas prinsiplərdən biridir.

Paylaş: