Şirkət Rəhbərinin Açıqlaması
Cari ilin başlanğıcında aldığımız xəbərə əsasən “Azərbaycan İnşaat Holdinqi” ilə bənzər adlı özəl müəssisənin rəhbər şəxslərindən biri və ya bir neçəsindən müştərilər tərəfindən toplu narazılıq yaranmış və məsul şəxsləri inzibati məsuliyyətə cəlb edilmişlər. Daim dövlət və beynəlxalq layihələrdə iştirak edən, cari layihələri idarə edən və beynəlxalq sertifikatlara və təcrübələrə malik Fərid Abdullayev “Azərbaycan İnşaat Holdinqi”-nin rəhbəri və baş direktoru olaraq bildirib ki, “Azərbaycan İnşaat Holdinqi”-nin bəhs edilən müəssisə və ya şəxslərlə heç bir əlaqəsi yoxdur və bu məsələləri öngörən Fərid Abdullayev daha öncə dəfələrlə bənzər adlı müəssisənin tərəfimizdən narahatlıq doğurduğunu və adının dəyişdirilməsini tələb etmişdir.
Uzun illər dövlət və beynəlxalq layihələrdə, tenderlərdə və dövlət əhəmiyyətli tədbirlərdə iştirak edən və təcrübəsinə, uzunmüddətli uğurlu karyerasına söykənən Fərid Abdullayev qeyd edib ki, daha öncə də layihələri müvəffəqiyyətlə icra edən “Azərbaycan İnşaat Holdinqi” uğurlu işlərinə davam edəcək və fəaliyyəti çərçivəsində 2025-ci ilədək işçi sayını 2500-dən yuxarı qaldıracaq və rəqabətli əməkhaqqı bazarında əməkdaşlarına öz layiqli töhfəsini verəcəkdir.
"Xalqın sədası Haqqın sədası"
Az İnşaat Holdinqin baş direktoru Fərid Abdullayev